Prezidentlər Ermənistana gedən yolun təməlini qoydular (Video)

Prezidentlər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar. 26 oktyabr 2021
Prezidentlər Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar. 26 oktyabr 2021

Prezidentlər bəyanat verdilər

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər.

AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev qonağı salamlayaraq deyib:

“Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl Sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır”.

Şuşa bəyannaməsi bu il iyunun 15-də imzalanıb. Orada hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrində əməkdaşlıqdan bəhs edilir.

Türkiyə dövlət başçısı isə deyib ki, Azərbaycan Prezidenti ilə keçirdiyi görüşdə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

Erdoğan qeyd edib ki, Türkiyə regionda dayanıqlı sülhün tərəfdarıdır.

O əlavə edib ki, gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəklər:

“Bu prosesdən İran, Gürcüstan, Ermənistan da daxil olmaqla, Azərbaycanın bütün qonşuları istifadə edəcək.”

Türkiyə rrezidenti vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında ərhədlərin müəyyənləşməsi və qarşılıqlı olaraq tanınması zəruridir:

“Ermənistanın Azərbaycana münasibətdə səmimi iradə ortaya qoyacağı halda, Türkiyənin Ermənistanla əlaqələrinin də normallaşmasının önündə bir əngəl qalmayacaq”.

“Ağıllı aqropark”ın tikintisi başlandı

Bu gün, oktyabrın 26-da Zəngilanın Ağalı kəndində “Ağıllı aqropark” layihəsinin təməli qoyulub.

Azərbaycan prezidenti İlham Əliyev və bu ölkədə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təməlqoyma mərasimində iştirak ediblər.

Ermənistandan keçəcəyi bildirilən yolun tikintisinə start verildi

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Recep Tayyip Erdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Azərbaycan bu yolu “Zəngəzur dəhlizi”nin bir hissəsi kimi görür. Zəngilan rayonunu Naxçıvan MR ilə birləşdirəcək həmin yolun Ermənistanın Sünik rayonundan keçəcəyi gözlənir.

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi. 26 oktyabr 2021
Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi. 26 oktyabr 2021

Füzuli Hava Limanının açılışı olub

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Recep Tayyip Erdoğanaçılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

Türkiyə prezidenti Füzulidə

Bu gün, oktyabrın 26-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan Azərbaycana gəlib. Onu gətirən təyyarə Füzuli aeroportuna eniş edib.

Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevin dəvəti əsasında Rəcəb Tayyib Ərdoğan Azərbaycanda birgünlük səfərdədir. Türkiyə prezidenti Azərbaycan dövlət başçısı ilə birlikdə işğaldan azad olunmuş Füzulidə beynəlxalq hava limanının açılış mərasimində iştirak etməlidir. Habelə, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılmalıdır.

Xatırlatma

2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli və Zəngilan rayonları daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma