Paşinyan: Yerevan rəsmi Bakı ilə yeni sənəd imzalamağa hazırlaşır

First formal Aliyev-Pashinyan meeting deemed a success | Eurasianet

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Azərbaycanla danışıqlar masasında yeni bir sənədin olduğu barədə məlumatı təsdiqləyib.

Mayın 20-də hökumətin iclasında çıxış edən Paşinyan Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqların getdiyini söyləyib. Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlarla ilkin razılaşmaların əldə edilib və qərarlar Ermənistanın maraqlarına 100 faiz cavab verir: “Və əgər Azərbaycan razılığını versə, sənəd imzalanacaq”.

Ermənistan rəhbəri bildirib ki, danışıqlar hələ davam etdiyi üçün
sənədin mətnini dərc etmir.

Qeyd edək ki, sənəd haqqında ilk məlumatı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan açıqlayıb. Minasyan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkənidir.  Həmin sənədin Minasyanın əlinə keçməsi, məlumatın Rusiyadan sızdırıldığına işarədir. Həmin iki bənddə söhbət Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyasına razılıq verilməsindən gedir. Minasyanın açıqlamasından sonra bir qrup müxalifətçi gecə ikən nazirlər kabineti binasının qarşısına toplaşaraq, hökumətin istefasını tələb edib.

Paşinyan, Minasyanın adını çəkməsə də, onun hərəkətlərini “Azərbaycan təbliğatına xidmət” adlandırıb.

“İnternetdə 90 faizi ləkələnmiş bir sənəd göstərirlər. Guya bu, anti-erməni sənədinə imza atdığıma sübutdur. Elədirsə, əksinə, bütün sətirləri göstərmək lazımdır ki, hamı görsün. Bu, Azərbaycanın xeyrinə kəşfiyyat fəaliyyətindən başqa bir şey deyil” – deyə, Paşinyan keçmiş səfiri ittiham edib.

Rəsmi Bakı bu mövzuda hər hansı bir açıqlama verməyib.

Bir şərh yazın