İntihar edən qazinin müəllimi onun haqqında nələri yazır

Ülvi İsgəndərovun tarix müəllimi olmuş AXCP Ağdaş Rayon Şöbəsinin sədri Qorxmaz Abdurrahimov intihar edən şagirdi haqda yazdı

İsgəndərov Ülvi mənim şagirdim olub. Həqiqətən vətənini xalqını sevən oğul idi. Bayraq, Rəsulzadə sevdalısı idi. Vətən müharibəsinə könüllü yollanmışdı. Fizuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibədən sonra xeyli müddət işsiz qalmışdı. Nəhayət ki, azad olunmuş torpaqlarda fəaliyyət göstərən bir şirkətə fəhlə kimi işə düzəlmişdi. Sonralar eşitdiyimə görə orada işçilərə olan aşağılayıcı münasibətə etiraz olaraq işdən çıxıb. Şübhə etmirəm ki, 24 yaşlı cavan oğlanın işsiz qalmasının nə demək olduğunu təsəvvür edirsiniz. Müharibənin vurduğu psixoloji zərbələr, mülki həyatda da davam etmiş. Hansı qazimiz bu hakimiyyətdən gərəkən diqqəti gördü ki, Ülvi də görsün. Heç bir bayramı qəbul etmirdi. Bir başqa şağirdimin dediyinə görə əgər hər hansı bir bayram münasibətilə onu təbrik etsə idik, deyərdi ki, hansı bayramdan danışırsınız? Bu qədər şəhidlərimiz var, torpağımız hələ də işğal altında, xalqın vəziyyəti çox ağır… Belə bir vəziyyətdə hansı bayramdan danışırsınız? Düzü heç vaxt ağlıma gətirə bilməzdim ki, Ülvi intihar edə bilər. Doğrudur o, çox həssas insan idi. Amma eyni zamanda prinsipial, təslim olmağı sevməyən, qürurlu insan idi. Allah rəhmət eləsin.
P.S. Müharibənin ilk günlərindən mən də cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət etmişdim. O vaxt inanırdım ki, məni də cəbhəyə yollayacaqlar. Hər halda səfərbərlik idarəsindən məni buna inandırmışdılar. Mən də düşünürdüm ki, yəqin tezliklə məni də çağıracaqlar. Mən ümidlə gözlədiyim müddətdə artıq Ülvi könüllü olaraq cəbhəyə yollanmışdı. Ülvinin anası müəllim yoldaşımdı. Onun vasitəsilə Ülviyə yarı zarafat, yarı gerçək xəbər yollamışdım ki, bir neçə günə gəlirəm yanına. Ülvi mənə belə bir cavab yollamışdı ki, müəllimə deyin ki, o müharibədən bu müharibəyə gəlməsin. Orda da döyüşmək lazımdır. Bura gəlsə orda kim döyüşəcək? Oranı da boş qoymaq olmaz.ShareTweetShareShare

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma