Azərbaycan-İran sərhədində çəpərlərin quraşdırılması işləri gedir

Açiq mənbələrdən foto.

Azərbaycanın İranla sərhədləri boyunca zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir. Bu barədə Dövlət Sərhəd Xidmətinin noyabrın 19-da yaydığı məlumatda deyilir.

Məlumata görə, noyabrda Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan – İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləş­dirilib.

Göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 metr məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 metr məsafədə işlər davam etdirilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma