Əliyev və Paşinyan Brüsseldə görüşmək barədə razılığa gəliblər – Aİ

Əliyev və Paşinyan Brüsseldə görüşmək barədə razılığa gəliblər - Aİ

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də Aİ -Şərq Tərəfdaşlığı sammiti  çərçivəsində Brüsseldə görüşün keçirilməsi barədə razılığa gəliblər. Bu barədə  AI-nın noyabrın 19-da etdiyi bəyanatda deyilir.

“Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsini təklif edib.

Liderlər regional vəziyyəti və gərginliyin aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüş keçirmək barədə razılığa gəliblər. Telefon danışıqları zamanı Ermənistan və Azərbaycan liderləri həmçinin insidentlərin qarşısının alınması mexanizmi kimi xidmət etmək üçün müvafiq müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gəliblər”, – sənəddə deyilir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma