Putin deyir ki, Ermənistan-Azərbaycan sərhədlərinin dəqiq xəritələri onlardadır

Dəyiş-düyüş məsələsini oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Soçidə Valday müzakirə klubunda dilə gətirib.
Putin Valday bəyanatında Başkənd və Azərbaycan eksklavlarının taleyinimi nəzərdə tutub?
Dəyiş-düyüş məsələsini oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Soçidə Valday müzakirə klubunda dilə gətirib. O deyib ki, Ermənistan və Azərbaycan sərhəd məsələsini sakitcə həll edə bilərlər.
“Bu sənədlər əsasında tərəflərlə sakitcə oturub danışmaq olar – orada elə şeylər var ki, qarşılıqlı kompromislər tələb edir: haradasa nəyisə dəyişmək lazımdır, haradasa nəyisə dəyiş-düyüş eləmək lazımdır. Sadəcə, bunun hər iki tərəfə faydalı olduğunu qəbul etmək lazımdır. Bunu eləmək olar, ya yox? Olar”.
Putin həm də deyib ki, Sovet dövründə müttəfiq respublikaların sərhədlərini göstərən xəritələr Rusiya ordusunun Baş Qərargahındadır və Azərbaycanla Ermənistan bu xəritələr əsasında dövlət sərhədlərini qura bilərlər.