Kürdəmirin keçmiş icra başçısı 8,5 il azadlıqdan məhrum edilib

Cümə günü Lənkəran Rayon Ağır Cinayətlər Məhkəməsində Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov və bu rayonun digər məsul şəxslərinin barəsində hökm çıxarılıb.

Belə ki, Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilib, 2 il 6 ay müddətinə vəzifə tutmaq qadağan olunub.

Digər təqsirləndirilən şəxslər – Tacəddin Novruzov 8,5 il, Natiq Kərimov 8, 5 il, Emin Sadıqov 4 il, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəcəb Hüseynov hər biri 8 il, Sərvər Məmmədov 2,6 il azadlıqdan məhrum edilib.

Sözügedən şəxslər korrupsiya, sui-istifadə, vəzifə saxtakarlığı, mənimsəmə və sair üzrə təqsirli biliniblər.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər rayonun tibb müəssisələrindən ümumilikdə 137 min manat (80 min dollar), təhsil müəssisələrindən 120 min manat (70 min dollar), kommunal müəssisədən 58 min manat (35 min dollar), daha bir müəssisədən 71 min manat (41 min dollar) rüşvət alıblar.

Onların hamısı 2020-ci ilin avqustunda Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma