Ermənistanla Azərbaycan bu tarixdə sülh sazişi imzalaya bilər – İDDİA

Azərbaycan və Ermənistan rəhbərliyi Moskvada iki yeni sənəd imzalayacaq. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Diplomatik mənbələrə istinadən olunan xəbərdə iddia edilir ki, sülh sazişi olacaq həmin sənədlər 9 noyabr 2021-ci il tarixində imzalanacaq.

“Son anda fors-major vəziyyət yaranmazsa, demək olar ki, yekun olan iki sənəd Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Nikol Paşinyan və İlham Əliyev tərəfindən imzalanacaq”, deyə xəbərdə qeyd edilib.

Həmin sənədlərin aşağıdakılar olduğu bildirilib

:

  • 1. Birinci sənəd SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci illərə aid xəritələri əsasında İrəvan və Bakının bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıdığı Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına aiddir.
  • 2. Baş nazirlərin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş Ermənistan-Rusiya-Azərbaycan görüşü nəticəsində demək olar ki, yekun razılığın əldə olunduğu ikinci sənəd regionda kommunikasiyaların açılmasına aiddir: dəhliz yolları, o cümlədən Azərbaycanla Naxçıvan arasında rabitənin yaradılması.

Ermənistan mətbuatı iddia edib ki, 9 noyabr tarixi xüsusi olaraq seçilib. “2020-ci ilin həmin günündə (Azərbaycan vaxtı ilə 10 noyabrda-red) Ermənistanın baş naziri və Azərbaycan prezidenti Rusiya prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalayıblar”.

Xəbəri şərh edən siyasi ekspert Asif Nərimanlı bildirib ki, müharibənin başa çatmasının ildönümündə hansısa irəliləyişlərin olacağı istisna deyil:

“Proseslərin inkişafı, regiondakı siyasi situasiya, Ermənistan hakimiyyətinin dəyişən mövqeyi, Əliyevin və Putinin son açıqlamaları gözləntiləri artırır; kommunikasiyanın açılması bütün tərəflərin ehtiyacıdır və bunun üçün öncə sərhədin müəyyənləşməsi həyata keçirilməlidir;

Bu baxımdan, erməni mediasının sənədlərin imzalanma tarixi ilə bağlı iddiası təəccüblü deyil. Lakin sərhədlərin hansı ilin xəritəsi ilə müəyyənləşəcəyini təxmin etmək çətindir: 1920-ci ilin xəritəsimi? Bu bir qədər reallıqdan uzaq görünür”.

***

Rusiya-Ermənistan-Azərbaycan zirvə görüşünün keçirilməsi ilə bağlı razılığın əldə oldunduğu təqdirdə Kreml müvafiq məlumat verəcək, üçtərəfli sammitin gözlənildiyi barədə suala cavab verən Rusiya Prezidentinin mətbuat katibi deyib.

“Belə bir razılaşmanın əldə ediləcəyi təqdirdə, bu barədə vaxtında məlumat verəcəyik”, – Dmitri Peskov deyib.

Şənbə günü media Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada görüşünün gözlənildiyini xəbər verib. Noyabrın ilk ongünlüyündə keçiriləcəyi deyilən sammitdə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli bəyanatların imzalanacağı gözlənilir, Ria Novosti yazır.

Ermənistan XİN-in nümayəndəsi Vahan Hunanyan fərqli görüşlərin keçirilməsi ilə bağlı təkliflərin müzakirə edildiyini söyləsə də, belə görüşün hələ ki planlaşdırılmadığını bildirib, Armenpress agentliyi xəbər verir.

Azərbaycan xəbərə münasibət bildirməyib.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma