Rəsmi Yerevan Ankara ilə dialoqa hazırdır, lakin Zəngəzur dəhlizini “sülhə və sabitliyə zidd” hesab edir.

Paşinyan'dan Erdoğan'a yanıt - Ermeni haber ajansı

Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını “Armenpress”ə şərh edib. Belə ki, Türkiyə prezidenti bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəsilə onunla görüşmək istəməsilə bağlı təkliflər gəlir.

Мане Геворгян
Mane Gevorqyan

“Baş nazir Milli Məclisin son iclasında hökumət üzvlərilə sual-cavab rejimi zamanı  Türkiyə ilə danışıqlara başlanılması ilə bağlı öz düşüncələrini açıqlayıb, bildirib ki, onun fikrincə, yüksək səviyyəli əlaqələrdən öncə işgüzar müzakirələr olmalıdır.

“Hazırda Ermənistan və Türkiyə rəsmiləri arasında hər hansı əlaqə olmayıb, amma Ermənistan hökuməti bu cür əlaqələrə hazırdır. Bu cür effektiv iş şəraitində Ermənistan həm yüksək, həm də ali səviyyədə görüşlərə hazır olacaq”.

Ərdoğanın Ermənistan ərazisindən dəhliz açmaq çağırışı ilə bağlı suala cavabında o deyib: “Ermənistan 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda yer alan razılaşmaların dəqiq yerinə yetirilməsinə böyük əhəmiyyət verir. Kommunikasiyaların açılması regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, düşmənçilik mühitinin aradan qaldırılması üçün son dərəcə vacibdir və Ermənistan bu istiqamətdə hərəkət etmək əzmindədir. Bəzi bəyanatlarda kommunikasiyaların bərpası mövzusu transformasiya olunur və regional təcridin saxlanması məntiqini qazanır. Dəhlizlər barədə söhbət regionda sülhün və sabitliyin bərqərarı, düşmənçilik atmosferinin aradan qaldırılması məntiqinə ziddir. O, təkcə region dövlətlərinin və xalqların təcrid olunmasına yox, həm də bu təcridə dönməzlik əlamətinin verilməsinə yönəlib. Lakin regionun qarşılıqlı əlaqəsini qabardan regional kommunikasiyaların açılması yolları da var və düşmənçiliyin tədricən aradan qaldırılmasının real yolu ola bilər. Ermənistan hökuməti bu variantı dəstəkləyir və 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar tarixli üçtərəfli bəyanatda məhz bu variant təsvir olunub”, – o bildirib.

Turan

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma