Ermənistan müharibədə səhvən öz təyyarələrini vurub – Sensasion məlumatlar

Rusiyada fəaliyyət göstərən Strategiya və Texnologiyaların Təhlili Mərkəzi Qarabağda 44 günlük müharibə ilə bağlı analitik toplu – kitab nəşr etdirib. Kitabda yer alan bir çox məlumatlar əsl sensasiya hesab edilə bilər.

Mərkəzin direktoru Ruslan Puxovun redaktəsi ilə nəşr edilən “Qafqazda Fırtına” adlı analitik toplunun PDF versiyası da mövcuddur.

Kitabda həm müharibənin nəticəsinə birbaşa təsir edən hərbi və hərbi-texniki aspektlər, həm də Rusiya və Türkiyə də daxil olmaqla, Cənubi Qafqazın əsas oyunçuları arasındakı mürəkkəb siyasi əlaqələr araşdırılıb.

Ruslan Puxov “Sputnik Ermənistan”a müsahibəsində qeyd edib ki, məcmuənin yazılmasında əsas vəzifələrdən biri son Qarabağ müharibəsinin dərslərinin unudulmamasıdır.

Müəlliflərin bir çox qənaətləri və topluda təqdim olunan məlumatlar erməni cəmiyyəti üçün soyuq duş effekti yarada bilər. Nəşrin müəllifi Mərkəzin mənbələrinə istinadən yazır ki, müharibə zamanı Ermənistana məxsus 4 ədəd Su-25 hücum təyyarəsi və bir helikopter öz Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

Müəllif yazır ki, müharibə vaxtı Ermənistan Hərbi Hava Qüvvələri ilə Hava Hücumundan Müdafiə sistemi arasında koordinasiya çox zəif olub: “Səhvən açılan atəş nəticəsində dörd Su-25 hücum təyyarəsi və bir Mi-8 helikopteri vurulub. Əvvlcə Su-25 təyyarəsi döyüş tapşırığından qayıdarkən Ermənistanın Vardenis bölgəsi üzərində S-125 hava hücumundan müdafiə sistemi tərəfindən  vurulub. Bu, çox həssas məlumatdır, çünki Ermənistanın Müdafiə Nazirliyi həmin təyyarənin Türkiyəyə məxsus “F-16” tərəfindən vurulduğunu iddia etmişdi. Digərləri isə Qarabağ üzərində vurulub.

Ruslan Puxov, Ermənistanda çoxlarının bəyənməməsinə baxmayaraq, təqdim olunan faktların yüksək etibarlılığını qeyd edib. Kitab üzərində çalışarkən o, üç dəfə Ermənistana və bir dəfə Türkiyəyə səfər edib. Koronavirusla bağlı məhdudiyyətlərə görə Azərbaycana gələ bilməyib.

Şübhəsiz ki, Mərkəz əsas məlumatları Rusiyadakı mənbələrdən alıb.

“Təəssüf hissi ilə deməliyəm ki, erməni cəmiyyətinin əksəriyyəti bu müharibədən heç bir nəticə çıxarmayıb. Hələ də məsuliyyətsizlik və cəfəngiyatın qəribə bir qarışığı içərisindədir”, – Puxov deyib.

Puxov hesab edir ki, belə davam etsə və yeni müharibə olacağı təqdirdə, Ermənistanın dövlət sərhədi Jermuk yaxınlığında bir yerdən keçəcək.

Analitik Rusiyanın müharibədə Ermənistana fəal kömək etmədiyi iddiaları ilə razılaşmır: “Realist olmalı və başa düşməlisiniz ki, Rusiya Ermənistanın yerinə döyüşə bilməz. Rusiya öz imkanları daxilində bacardığı hər şeyi etdi, hətta mümkün olandan daha artığını etdi”.

Mustafa Hacıbəyli
Basta

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma